Zelenski "Normandiya formatı"nda keçiriləcək görüşdən gözləntilərini açıqlayıb

Ukrayna Prezidenti Donbasda yerli seçkilərin keçirilməsi ilə bağlı tarixin müəyyənləşdirilməsi istiqamətində gözləntisinin olduğunu da qeyd edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 15:50

Ukrayna Prezidenti Vladimir Zelenski "Normandiya formatı"nda keçiriləcək görüşdən gözləntilərini açıqlayıb.

 

İnterAz-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Prezident Vladimir Zelenski Rusiya və Ukrayna arasında bütün girov və əsirlərin dəyişdirilməsi, hərbi qüvvələrin geri çəkilməsi və Donbasda seçkilərin keçirilməsi ilə bağlı müvafiq qərarlar gözlədiyini deyib.

 

"Əsas məsələ bizim bütün əsir və girovların yekun mübadiləsi ilə bağlı məsələnin həlli istiqamətində addımın atılmasıdır. Digər məsələ ordunun geri çəkilməsi və bizim ordumuzun təmas xətti boyunca yerləşdirilməsi ilə bağlı dəqiq tarixlərin müəyyənləşdirilməsidir”, - deyə V.Zelennski bildirib.

 

Ukrayna Prezidenti Donbasda yerli seçkilərin keçirilməsi ilə bağlı tarixin müəyyənləşdirilməsi istiqamətində gözləntisinin olduğunu da qeyd edib.