İtaliyanın xilasetmə xidmətinin zabitləri 200-dən çox miqrantın ölümünə görə mühakimə olunacaq

İstintaqın yekunu üzrə müttəhimlər vəzifə öhdəliklərini pozmaq və nəticədə insan ölümünə səbəbkar olmaqda ittiham olunurlar...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 18:00

İtaliyanın sahil mühafizəsi xidmətinin idarəetmə mərkəzinin əməkdaşı və İtaliya Hərbi Dəniz Qüvvələrinin əməliyyat xidmət komandiri 2013-cü ilin oktyabrında 268 miqrantın Aralıq dənizində gəmi qəzası nəticəsində ölməsinə görə mühakimə olunacaq.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə "Rai News 24" kanalı məlumat yayıb.

 

Qeyd olunur ki, proses dekabrın 3-də başlamalıdır.

 

İstintaqın yekunu üzrə müttəhimlər vəzifə öhdəliklərini pozmaq və nəticədə insan ölümünə səbəbkar olmaqda ittiham olunurlar.