Putin Ankarada “Quran”dan sitat gətirib

Rusiya lideri Ankarada keçirilən görüşü müsbət qiymətləndirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 08:54

Rusiya prezidenti Vladimir Putin Ankarada müqəddəs kitab "Quran"dan sitat gətirib.

 

İnterAz xəbər verir ki, bu Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

 

“Allahın mərhəmətini yada salın. Siz nə vaxtsa düşmən olmusuz. Allah ürəklərinizi barışdırıb sizi qardaş etdi”, - Putin müqəddəs kitabdan bu sitatı dilə gətirib.

 

Rusiya lideri Ankarada keçirilən görüşü müsbət qiymətləndirib.

 

Üç ölkə arasında növbəti sammit Tehranda keçiriləcək.