İŞİD lideri əl-Bağdadı yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

Ekspertlər sözügedən səsyazısının hansı dövrə aid olduğunu hələ dəqiqləşdirə bilməyiblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 11:24

Bir neçə ay fasilədən sonra İŞİD lideri Əbu-Bəkr əl-Bağdadı yendiən tərəfdarlarına müraciət edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gün İŞİD lideri əl-Bağdadinin internet səhifələrində yeni səsyazısı yayımlanıb.

 

İŞİD lideri başçılıq etdiyi terror təşkilatının məğlub olmasını "Allah tərəfindən bir sınaq" adlandırıb və bildirib ki, təşkilat yenidən qalxmağa başlayıb.

 

Terror təşkilatının media qurumu olan "əl-Furqan"ın loqosu ilə yayımlanan yarım saatlıq səsyazıda ABŞ-a arxalanan müsəlman dövlətləri kəskin pislənilib. İŞİD lideri tərəfdarlarını ayağa qalxmağa və təşkilatlanmağa çağırıb.

 

Ekspertlər sözügedən səsyazısının hansı dövrə aid olduğunu hələ dəqiqləşdirə bilməyiblər.

 

Qeyd edək ki, İŞiD lideri sonuncu dəfə cari ilin aprelində kameralar qarşısına çıxmışdı.