Tramp husilərin hücumuna münasibət bildirib: Biz Səudiyyəni qorumaq vədini verməmişik

Mən səudiyyəlilərə onları qorumaq vədi verməmişəm...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 11:50

"Mən səudiyyəlilərə onları qorumaq vədi verməmişəm. Gərək səudiyyəlilərlə oturaq və danışaq. Bu səudiyyənin öz məsuliyyətidir. Əgər (hərbi baxımdan) hərəkətə keçməklə bağlı qərar versək və onlar ödənişlər etsələr biz onlara kömək edərik."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanın Abqaiq  neft təsisatlarına hücuma münasibət bildirərkən deyib.

 

Donald Tramp bildirib ki, bu hücumun İran tərəfindən həyata keçirilməsi qənaətindədirlər, lakin onlar bu barədə dəqiq araşdırmalar aparırlar.

 

İranla hərbi qarşıdurmaya girmək istəmədiyini bildirən Donald Tramp əlavə edib ki, bu Səudiyyə Ərəbistanın öz məsuliyyətidir və o, Səudiyyəni qorumaq vədini də verməyib.

 

"Biz onlara qorumaq vədi verməmişik, amma onlara yardım edəcəyik. Onlar son illərdə bizim ölkəmizə 400 milyard dollar yatırım ediblər." deyə Donald Tramp vurğulayıb ki, Səudiyyə Ərəbistanı gələcəkdə atılacaq addımlarla bağlı ödənişlər etməlidir.