Ayətullah Xamenei: Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq

İranın bütün rəsmiləri yekdilliklə belə düşünürlər ki, ABŞ-la heç bir müstəvidə danışıqlar olmayacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 12:43

"Maksimum təzyiq siyasətinin İran xalqının qarşısında heç bir faydası yoxdur. İranın bütün rəsmiləri yekdilliklə belə düşünürlər ki, ABŞ-la heç bir müstəvidə danışıqlar olmayacaq."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün fiqh dərsində deyib.

 

Ayətullah Xamenei dərsdən öncə İran rəsmilərinin Nyu-York səfəri zamanı ABŞ rəsmilərilə görüşəcəyi ilə bağlı iddialara münasibət bildirib və vurğulayıb ki, İrana qarşı maksimum təzyiq siyasətini həyata keçirən ABŞ-la heç bir müstəvidə danışıqlar olmayacaq.

 

Ayətullah Xamenei ölkə rəsmilərini, ABŞ-ın müxtəlif zamanlarda müzakirələr aparmaqla bağlı mesaj və təkliflərinə uymamağa çağırıb və bildirib ki, ölkə rəsmiləri ABŞ-ın sanksiyalarını zərərsizləşdirmək üçün ölkə gənclərinin istedadına və daxili gücə arxalanmalıdırlar.