Əfqanıstan prezidentinin keçirdiyi mitinqdə partlayış törədilib, ölənlər və yarananlar var

Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 12:51

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

 

İnterAz Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hücum Parvan əyalətinin Cəngəlbağ rayonunda törədilib. 

 

Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. 

 

Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək.