Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

Talibanın nümayəndə heyəti bu gün Tehrana çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 15:18

Talibanın ABŞ-la Dohada keçirilən sülh danışıqları dayandırılandan sonra hərəkat Moskva və Tehrana nümayəndə heyəti göndərib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Talibanın nümayəndə heyəti bu gün Tehrana çatıb.

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Taliban hərəkatı nümayəndə heyətinin Tehrana gəlməsini təsdiqləyib.

 

Qeyd edək ki, Taliban nümayəndə heyəti bundan öncə Moskvada səfərdə olub.

 

Talibanın Qətər paytaxtı Dohada ABŞ-la apardığı danışıqlar dayanandan sonra hərəkat digər diplomatik kanalları da nəzərdən keçirir.