Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz ölkənin neft təsisatlarına hücum edən tərəflərə xəbərdarlıq mesajı verib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 16:33

 Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz ölkənin neft təsisatlarına hücum edən tərəflərə xəbərdarlıq mesajı verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün ər-Riyadda nazirlər kabinetinin toplantısında çıxış edən Səudiyyə Ərəbistanı kralı ölkənin neft təsisatlarına hücum edənlərin kimliyindən asılı olmayaraq cavab addımının atılacağını bildirib.

 

Səudiyyə kralı bildirib ki, "onlar öz ərazilərini və təsisatlarını qoruyacaq və kimliyindən asılı olmayaraq, hücum edənlərə cavab veriləcək."

 

Qeyd edək ki, ötən həftənin şənbə günü Səudiyyə Ərəbistanın Abqaiq neft təsisatlarına hücumdan sonra bu ölkənin gündəlik neft istehsalının yarısı dayanıb. Husilər bu hücumun məsuliyyətini üzərinə götürüb və Səudiyyənin Yəmənə hücumunun davam edəcəyi təqdirdə cavab hücumlarının dayanmayacağını bildiriblər.