Merkel: İranla bağlı diplomatik qərarın qəbulunu dəstəkləyirik

Regionda stabilliyin vacib elementi olan İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləyirik..

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 17:17

“Regionda stabilliyin vacib elementi olan İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləyirik”. 

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel keçirdiyi mətbuat konfransında deyib.

 

Almaniya kansleri bildirib ki, İranın ballistik raket proqramı və Suriyadakı fəaliyyəti suallar doğurur.

 

A. Merkel son günlər bölgədə gərginliyin artmasına baxmayaraq, Avropanın İran məsələsi ilə bağlı diplomatik qərarın qəbul edilməsini dəstəklədiyini qeyd edib:

 

“Gərginliyin azalması, davamlı həll yolu yalnız siyasi proseslər vasitəsilə mümkündür”, - deyə o, vurğulayıb.