Qırğızıstan-Tacikistan sərhədində atışma olub, 3 nəfər öldürülüb

Hazırda sərhəddə vəziyyətin stabil olduğu bildirilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 17:42

Qırğızıstan-Tacikistan sərhədində atışma olub, Tacikistanın 3 nəfər sərhədçisi öldürülüb.

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin polkovnik-leytenantı da var.  

 

Hazırda sərhəddə vəziyyətin stabil olduğu bildirilir.

 

Qeyd edək ki, ötən gün Qırğızıstan – Tacikistan sərhədində silahlı insident baş verib. Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var. 

 

Məsələ ilə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan səfirinə etiraz notası təqdim edib.