Zəlzələdə canını heçə sayan işçiyə mükafat verilib

İstanbulun Baxçalıevlər rayonunda mebel fabrikində işləyən Nürəddin Ünal adlı işçi zəlzələ zamanı atdığı addımla gündəm olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 27 Sentyabr 2019, 09:14

İstanbulun Baxçalıevlər rayonunda mebel fabrikində işləyən Nürəddin Ünal adlı işçi zəlzələ zamanı atdığı addımla gündəm olub.

 

İnterAz “Hürriyet”ə istinadən xəbər verir ki, silkələnmə baş verərkən digər işçilər fabrikdən qaçsa da, Nürəddin canını heçə sayaraq fabrikin avadanlığını qorumağa çalışıb. O, təkanlar keçənədək avadanlığın yanından çəkilməyib.

 

Nurəddin bu davranışına görə, firma sahibi tərəfindən bir maaş əlavə olaraq mükafat alıb. Şirkətin məsul şəxsi Əli Bakay açıqlamasında Nurəddinə təşəkkür edərək bir daha bu cür hərəkət etməməsi ilə bağlı ona xəbərdarlıq olunduğunu deyib.