Çinlilər “Gelandewagen”in analoqunu yaratdılar

Yeni versiyaya bir sıra kosmetik dəyişikliklər olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 27 Sentyabr 2019, 16:04

Çinlilər məşhur “Gelandewagen”in öz büdcələrinə uyğun analoqunu yaradıblar. Yeni versiyaya bir sıra kosmetik dəyişikliklər olunub.

 

İnterAz oxu.az-a istinadən xəbər verir ki, ilk kommersiya avtomobilləri artıq brend avtosalon dilerlərində satışa çıxarılıb. 

 

“Beijing BJ80”, əslində, faktiki olaraq “Mercedes-Benz G-Class” (Gelandewagen) modelinin surətidir.

 

Avtomobil yüngül lehimli diskləri, eksklüziv dizaynı və əyləc kaliperləri ilə diqqət cəlb edir.

 

“Çin Gelandewagen”i həcmi 2,3 litr olan Saab 9-5 turbo mühərriklə təchiz edilib. Avtomobil altı pilləli avtomat mühərrik qutusu ilə təmin edilib. 

 

Avtomobilin ilkin dəyəri 42-46 min dollar civarındadır. Orijinal “Mercedes-Benz Gelandewagen” almaq üçün alıcılar ən az 186 min dollar ödəməlidirlər.