Türkiyə Suriyanın şimalında kürdlərə aid bazalara zərbələr endirib

Kürd döyüşçüləri arasında itki və yaralananlar barədə məlumat verilməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Oktyabr 2019, 09:50

Türkiyə aviasiyası “Suriya demokratik qüvvələri”nin (SDF) Suriyanın Haseke əyalətindəki ərəb-kürd bölmələrinin bazasına zərbələr endirib.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livanın “al-Mayadeen” telekanalı məlumat yayıb.

 

Məlumata görə, hücumlar Tavil bölgəsində həyata keçirilib. Kürd döyüşçüləri arasında itki və yaralananlar barədə məlumat verilməyib.

 

Telekanal öz məlumatında bildirir ki, Türkiyə aviasiyası gün ərzində sərhəd ərazisi üzərində intensiv uçuşlar edib və yalnız axşam SDF qərargahına hücuma keçib. Türkiyə aviasiyasının uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada kürd terror birləşmələrinə qarşı hərbi əməliyyatın başlaması ilə bağlı verdiyi açıqlamalar fonunda edilib.