İran XİN rəhbəri Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatına münaisibət bildirib

İranın XİN rəhbəri ötən gün Mövlud Çavuşoğlu ilə telefon bağlantısı zamanı Türkiyədən Suriyanın suverenliyinə hörmətlə yanaşmağı istəyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Oktyabr 2019, 10:33

İranın xaici işlər nazirliyi Məhəmməd Cavad Zərif Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə rəsmi Ankaranın Suriyanın şimalında kürd bölmələrinə qarşı hərbi əməliyyatını müzakirə ediblər. İranın XİN rəhbəri Türkiyənin bu əməliyyatına münasibət bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın XİN rəhbəri ötən gün Mövlud Çavuşoğlu ilə telefon bağlantısı zamanı Türkiyədən Suriyanın suverenliyinə hörmətlə yanaşmağı istəyib.

 

Cavad Zərif rəsmi Tehranın Türkiyənin bu hərbi əməliyyatının əleyhinə olduğunu bildirib.

 

Türkiyə xarici işlər naziri də öz növbəsində ölkəsinin Suriyanın vahidliyi və suverenliyinə hörmətlə yanaşdığını və hərbi əməliyyatın müvəqqəti olduğunu bildirib.

 

Qeyd edək ki, ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması istiqamətində terrorçu PKK, YPG, və "Suriya Demokratik Qüvvələri"nə qarşı hərbi əməliyyata başlayıb.