Ayətullah Xamenei İranda neftdən asılılığın azaldılmasını tələb edib

Ölkənin daxili məhsullarını qoyub, xaricdən idxal etmək neft iqtisadiyyatı mədəniyyətininin mənfi təsiridir...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 09:05

“Neft iqtisadiyyatını geridə qoymaq və ondan asılılığı aradan qaldırmaq lazımdır. Neft iqtisadiyyatının düşüncələrə buraxdığı mənfi təsirləri var. Ölkənin daxili məhsullarını qoyub, xaricdən idxal etmək neft iqtisadiyyatı mədəniyyətininin mənfi təsiridir.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Tehranda elmi müəssisələrin birgə keçirdiyi sərgiyə baş çəkən zaman deyib.

 

Ayətullah Xamenei burada çıxışı zamanı ölkədə neft iqtisadiyyatının geridə qoymağın vacib olduğunu bildirib və ondan irəli gələn iqtisadi düşüncə və təfəkkürün zərərverici olduğunu deyib.

 

İranın Ali dini lideri həmçinin ölkədə istehsal edilə edilə xaricdən məhsulların və texnologiyaların idxalı məsələsini tənqid edib.

 

Qeyd edək ki, qeyri-rəsmi iqtisadi mənbələr İran iqtisadiyyatının 60 – 65 faizinin neft və neft məhsullarından asılı olduğunu bildirirlər. ABŞ sanksiyalarından sonra İranın neft ixracı kəskin şəkildə aşağı düşüb.