İran Ordusu Urmiyada elan edilməmiş hərbi təlimlərə başlayıb

Hərbi təlimləri İran Ordusunun baş komandanı ordu başçısı Əbdürrəhim Musəvi də izləyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 12:22

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması fonunda İran Ordusu da ölkənin şimal-qərbində elan edilməmiş hərbi təlimlərə başlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İran Ordusu bəyanat verib.

 

Bildirilib ki, İran Ordusunun müxtəlif korpusları Urmiyada öncədən elan edilməmiş hərbi təlimlərə başlayıb.

 

Məlumata görə, bu hərbi təlimlərə İranın quru qüvvələrindən əlavə hava qüvvələri də qatılıb.

 

Hərbi təlimləri İran Ordusunun baş komandanı ordu başçısı Əbdürrəhim Musəvi də izləyib.