İran prezidenti Türkiyənin Suriyanın şimalında əməliyyata başlamasına münasibət bildirib

Türkiyə cənub sərhədlərinə görə narahatlıq keçirir və onların bu narahatlığın aradan qaldırılmasına haqları çatır, amma həll yolu və onun metodu düzgün seçilməlidir...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 13:54

 "Türkiyə cənub sərhədlərinə görə narahatlıq keçirir və onların bu narahatlığın aradan qaldırılmasına haqları çatır, amma həll yolu və onun metodu düzgün seçilməlidir."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Tehranda nazirlər kabinetinin toplantısında deyib.

 

Həsən Ruhani çıxışının bir qismində Suriyanın şimalında Türkiyə tərəfindən yeni əməliyyata start verilməsinə toxunub və Türkiyəni yeni gərginlik ocağının yaranma təhülükəsilə bağlı ehtiyatlı olmağa çağırıb.

 

İran prezidenti bildirib ki, "Türkiyənin cənub sərhədlərinə görə narahatlıq keçirməyə və bu narahatlığı aradan qaldırmağa haqqı var, lakin üslub və metod düzgün seçilməlidir."