KİV: Türkiyə ordusu Suriyaya daxil olub

Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 14:52

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

 

İnterAz “Haber 7”yə istinadən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdirik. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.