Almaniyada naməlum şəxs sinaqoqa hücum edib, ölənlər var

Hüquq-mühafizə orqanları cinayəti törədənin tapılması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 16:04

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb. 

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis “Twitter” səhifəsində məlumat yayıb. 

 

Bildirilib ki, bir neçə dəfə atəş açılıb: “Cinayətkarlar gizlənib”. 

 

Hüquq-mühafizə orqanları cinayəti törədənin tapılması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir.

 

*** 15:18

 

Almaniyanın Qalle şəhərində naməlum şəxs atəş açıb. 

 

İnterAz “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər. 

 

Hadisə nəticəsində ölənlər var.