Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında telefon danışığı olub

Danışıqların məzmunu barədə açıqlama verilmir...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Oktyabr 2019, 09:07

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

 

İnterAz bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Danışıqların məzmunu barədə açıqlama verilmir. Qeyd edək ki, Türkiyə Suriyada "Barış pınarı" antiterror əməliyyatı keçirir. 

 

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Nazirlər Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatını müzakirə ediblər.