Tunisdə həbsdə olan prezidentliyə namizəd azad edilib

Tunisdə prezident seçkilərinin növbəti turuna vəsiqə qazanan məhbus Nəbil əl-Qəravi azad edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Oktyabr 2019, 11:35

Tunisdə prezidentliyə namizəd Nəbil əl-Qəravi həbsdən azad edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Tunisdə prezident seçkilərinin növbəti turuna vəsiqə qazanan məhbus Nəbil əl-Qəravi azad edilib.

 

O azad edildikdən sonra birbaşa seçicilərilə görüşə gedib.

 

Qeyd edək ki, "Qəlb Tunis" partiyasının namizədi avqust ayında çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə saxlanılmışdı.

 

Qeyd edək ki, Tunisdə prezident seçkilərinin ikinci turu əl-Qəravi ilə müstəqil namizəd universitet müəllimi olan Qeys Səid arasında cari həftənin sonu keçiriləcək.