Əl-Qaidənin «Hindistan Yarımadası valisi» öldürülüb

Əfqanıstanın Helmənd əyaləti ərazisində Əl-Qaidənin liderlərindən biri öldürülüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Oktyabr 2019, 12:03

Əfqanıstanın Helmənd əyaləti ərazisində Əl-Qaidənin liderlərindən biri öldürülüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Əl-Qaidənin «Hindistan Yarımadası üzrə valisi» Asim Ömər Helməndin Musa-Qala bölgəsində öldürülüb.

 

Eyni zamanda Əfqanıstan Ordusu bildirib ki, ötən gün Qəznidə aparılan əməliyyat zamanı Talibanın 42 silahlısı zərərsizləşdirilib.

 

Bu arada Əfqanıstan prezidenti Əşrəf Qəni Talibanla Əl-Qaidənin əlaqələrinin davam etdiyini bildirib və ABŞ-dan Talibanla danışıqlar aparmaqda ehtiyatlı olmağı istəyib.