Türkiyə Müdafiə Nazirliyi: Suriyada hərbi əməliyyatlar uğurla davam edir

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında havadan və qurudan hərbi əməliyyatları davam edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Oktyabr 2019, 13:05

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında havadan və qurudan hərbi əməliyyatları davam edir.

 

İnterAz-ın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, “Barış bulağı” hərəkatı gecə havadan və qurudan müvəfəqiyyətlə aparılıb.

 

“Müəyyən edilən hədəflər ələ keçirilib. Hərbi əməliyyatlar planlaşdırıldığı şəkildə uğurla davam edir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.