İndoneziyada kəndli dəfnindən yeddi saat sonra evinə qayıdıb

İndoneziyada kənd sakini (Şərqi Java əyaləti) dəfnindən yeddi saat sonra evinə qayıdıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Oktyabr 2019, 16:37

 İndoneziyada kənd sakini (Şərqi Java əyaləti) dəfnindən yeddi saat sonra evinə qayıdıb. Bu barədə "Asia One" yazır.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bütün hadisə qəza ilə başlayıb. Motosiklet  qəzasından üzü tanınmaz hala düşən sənədsiz bir nəfərin cəsədi aşkar edilir. Araşdırma nəticəsinə məlum olur ki, motosiklet sahibi - 40 yaşlı inşaat işçisi Sunartodur və onun ölümü rəsmi olaraq təsdiq edilir. 

 

Cəsəd qohumlarına təhvil verilir, ancaq dəfn mərasimindən sonra Sunarto evinə qayıdır.

 

Məlum olub ki, Sunarto tanışı Varimdən borc pul götürüb və motosikleti zəmanət olaraq ona verib. 

 

Varimin yaxınları onun ölümü barədə məlumatlandırılır.