Tülkü hava limanında “Boeing”ın uçuşuna mane olub

Təyyarə uçuşa hazırlaşdığı zamanda tülkü onun qarşsından keçib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 08:49

Moskvanın Şeremetyevo hava limanında tülkü uçuş-eniş zolağına çıxaraq “Boeing”ın uçuşuna əngəl törətdi.

 

İnterAz oxu.az-a istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

 

Təyyarə uçuşa hazırlaşdığı zamanda tülkü onun qarşsından keçib. Mühərriklərin səs-kuyu heyvanı qorxudaraq zolağdan qaçmağa vadar edib.

 

Son zamanlar Moskva aeroportlarında tülkülərlə bağlı artıq bir necə hadisə baş verib. Belə ki, sentyabrda Domodedov hava limanında tülkü gözləmə zalında azmışdır.