Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var

Zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 77 nəfər xəsarət alıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 09:05

Filippində 6,3 bal gücündə zəlzələ olub.

 

İnterAz xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də qeydə alınıb. Zəlzələnin episentri Sultan-Kudarat vilayətinin Kolumbio yaşayış məntəqəsindən 7 kilometr məsafədə yerləşib.

 

Zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 77 nəfər xəsarət alıb.

 

Qeyd edilir ki, təbii hadisə zamanı 17 nəfər Makilala şəhərində, daha 60 nəfər isə Tulunan, Maqsaysay və Diqos şəhərlərində zərər çəkiblər.