Səudiyyə Ərəbistanında baş verən yol qəzasında onlarla zəvvar həlak olub

Qəza nəticəsində azı 36 zəvvar həlak olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 09:50

Səudiyyə Ərəbistanında ağır yol qəzası baş verib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, zəvvarları daşıyan avtobus yük avtomobili ilə toqquşub. Toqquşmadan sonra avtobus tamamilə yanıb.

 

Qəza nəticəsində azı 36 zəvvar həlak olub. Zəvvarların Asiya və Yaxın Şərq ölkələrindən olduğu bildirilir.

 

Hadisə zamanı avtobusda 39 nəfər olub. Onların 3-ü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.