Pompeo Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb

ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 12:29

ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.

 

İnterAz xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

 

Birləşmiş Ştatların dövlət rəsmisi bildirib ki, telefon söhbətində rəsmi Ankaranı Suriya üzrə dialoqa qayıtmağa çağırıb.

 

"Dünən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışdım, Türkiyəni hərbi əməliyyatı qurtarmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la dialoqa qayıtmağa çağırdım", - deyə Pompeo "Twitter"də yazıb.

 

Bu, ABŞ-ın Türkiyənin üç nazirinin adlarını sanksiyalar siyahısına saldıqdan sonra tərəflər arasında ilk danışıqdır.