Türkiyə prezidenti ABŞ vitse-prezidentini qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ vitse-prezidenti Mayk Pensi qəbul edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 12:40

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ vitse-prezidenti Mayk Pensi qəbul edəcək.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb.

 

“ABŞ vitse-prezidenti Mayk Pens və onu müşayiət edən Amerika nümayəndə heyətinin oktyabrın 17-də qəbul ediləcəyi gözlənilir", Altun bildirib.

 

Ötən gün Ərdoğan “SKY News”un müxbirinin “Pens və Pompeo bu gün Türkiyəyə gələcək. Onlara nə söyləyəcəksiniz. Narahatsınızmı?" sualına cavabında bildirmişdi ki, onlarla görüşmək niyyətində deyil. Ancaq Ağ Ev Ərdoğan görüşməyi rədd etsə də Mayk Pensin Ankaraya gələcəyini bəyan etmişdi.

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ vitse-prezidenti Mayk Pensin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə aparacağı  danışıqlarda irəliləyiş əldə edilməsə Türkiyə iqtisadiyyatı "dağıdıcı" nəticələrlə üzləşəcək.