Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək

Rusiya Xarici İşlər Nazirliyi amerikalı diplomatların Severodvinskdə qatardan çıxarılması insidenti ilə bağlı Vaşinqtona etiraz notası göndərəcək...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 13:13

Rusiya Xarici İşlər Nazirliyi amerikalı diplomatların Severodvinskdə qatardan çıxarılması insidenti ilə bağlı Vaşinqtona etiraz notası göndərəcək.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi, Rusiya xarici işlər nazirinin müavini Yevgeniy İvanov məlumat verib.

 

"Nota bu gün göndərilməlidir", o deyib.

 

Qeyd olunur ki, ABŞ diplomatik nümayəndəliyinin əməkdaşları diplomatik toxunulmazlıqdan istifadə edirlər. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

Oktyabrın 14-də Rusiyanın Arxangelsk vilayətində 3 ABŞ diplomatının saxlanıldığını xəbər verilirdi. Diplomatlar Nenoksa-Severodvinsk qatarında səyahət edərkən saxlanılıb. Onların qadağan edilmiş əraziyə icazəsiz daxil olduğu bildirilirdi.

 

Ancaq ABŞ səfirliyi diplomatların səfər barədə Rusiya Müdafiə Nazirliyinə rəsmi məlumat verdiyini açıqlayıb.