Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib

Mətbuata qapalı olan görüş Türkiyə Xarici İşlər Nazirliyində keçirilib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 13:23

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffreylə görüşüb.

 

İnterAz-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, mətbuata qapalı olan görüş Türkiyə Xarici İşlər Nazirliyində keçirilib.

 

Qeyd edək ki, R. Obrayn türkiyəli rəsmilərlə Suriya məsələsini müzakirə etmək üçün Türkiyəyə gəlib.