Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker də razılıq əldə olunduğunu təsdiqləyib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 14:13

Avropa İttifaqı və İngiltərə yeni Brexit sazişi ilə bağlı razılaşma əldə edib.

 

İnterAz-ın RT-yə istinadla verdiyi xəbərə görə, məlumatı Britaniyanın Baş naziri Boris Conson təsdiqləyib.

 

"Bizim yeni yaxşı razılaşmamız var", Conson Twitter-də yazıb.

 

O, parlamenti oktyabrın 19-da keçiriləcək iclasda razılaşmanı təsdiqləməyə çağırıb.

 

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker də razılıq əldə olunduğunu təsdiqləyib.