Kreml Trampın Ərdoğana yazdığı məktubun qeyri-adi üslübda olduğunu açıqlayıb

Trampın Ərdoğana Suriya məsələsi ilə bağlı yazdığı məktub fərqli şərhlərə səbəb olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 15:28

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ prezidenti Donald Trampın "Barış Pınarı" əməliyyatı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubun qeyri-adi tonda olduğunu bildirib.

 

“Dövlət başçılarının yazışmalarında belə bir üsuba nadir hallarda rast gəlmək olar. Çox qeyri-adi bir məktubdur", Peskov jurnalistlərə deyib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Trampın  Ərdoğana Suriya məsələsi ilə bağlı yazdığı məktub fərqli şərhlərə səbəb olub.

 

Trampın məktubu "CNN" tərəfindən yayımlanıb. O, həmkarını hərbi əməliyyatı ilə bağlı "axmaqlıq etməməyə" çağırır.

 

Ağ Evin sözçüsü Stefani Qrişam sənədin həqiqiliyini təsdiqləyib.