Suriyada ABŞ nəzarətində qalan hərbi qərargahların sayı açıqlanıb

ABŞ hərbi qüvvələri Suriyada nəzarətində olan 9 qərargahdan 4-ü boşaldıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Oktyabr 2019, 16:22

ABŞ hərbi qüvvələri Suriyada nəzarətində olan 9 qərargahdan 4-ü boşaldıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə RT telekanalı məlumat verib.

 

Bildirilib ki, Türkiyənin hərbi əməliyyatı fonunda ABŞ Fəratın şimal və şərqində olan 4 qərargahı boşaldıb.

 

ABŞ qüvvələrinin tərk etdiyi qərargahlar bunlardır:

 

1- Kobanidə "Xarabul-Aşiq" həbi qərargahı

 

2- Təll-Əbyəd qərargahı

 

3- Eyn-İsa qərargahı

 

3- Rəsul-Eyn şəhərinin qərbində əl-Məbrukə qərargahı

 

Mənbə bildirib ki, ABŞ qüvvələri Suriyadakı digər 5 qərargahda qalmaqdadırlar:

 

1- Qamışlı şəhərinin şərqində Rəmilan qərargahı

 

2- Həsəka əyalətinin şimalında Təll-Bidar qərargahı

 

3- Həsəka əyalətində digər qərargah

 

4- Əş-Şədadi qərargahı

 

5- Suriya İordaniya sərhədində yerləşən ABŞ qüvvələrinin olduğu ət-Tənif hərbi qərargahı