Bəşər Əsəd ilk dəfə olaraq Türkiyənin əməliyyatına münasibət bildirib: «Təcavüzə cavab verəcəyik»

Ölkənin bütün bölgələrində onun qarşısında duracaq və bütün legitim vasitələrimizdən istifadə edəcəyik...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 18:00

"Biz Türkiyənin təcavüzünə cavab verəcəyik. Ölkənin bütün bölgələrində onun qarşısında duracaq və bütün legitim vasitələrimizdən istifadə edəcəyik."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İraq rəsmilərindən birini qəbul edərkən deyib.

 

Bəşər Əsəd bildirib ki, "Türkiyənin bu hücumu Suriyanın ərazisinə təcavüzdür və onlar təcavüzü cavabsız qoymayacaqlar."

 

"Türkiyənin hücumu açıq-aşkar təcavüzdür. Suriya bundan öncə də Tükiyəyə, onun dəstəklədiyi nümayəndələri və terrorçuları vurmaqla cavab verib", deyə Bəşər Əsəd Türkiyənin "Barış Pınarı" əməliyyatına ilk dəfə olaraq münasibət bildirib.