Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

Milli Birlik Partiyasının lideri Marin Le Pen Türkiyənin NATO-dan çıxarılmasını təklif edib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 21 Oktyabr 2019, 09:50

Milli Birlik Partiyasının lideri Marin Le Pen Türkiyənin NATO-dan çıxarılmasını təklif edib.

 

İnterAz-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, belə bir bəyanatla siyasətçi "RCI" kanalına açıqlamasında bildirib.

 

Türkiyənin Suriyadakı hərbi əməliyyatları səbəbindən, Fransa, Almaniya, Norveç və İspaniya da daxil olmaqla bir sıra NATO ölkələri Ankaraya silah ixracını dayandırdılar.

 

Siyasətçi Avropa Birliyini "heç nə etməmək və heç nə təklif etmədiyi" üçün tənqid edib.

 

Onun fikrincə, Türkiyənin təcavüzünə mümkün cavab ölkənin NATO-dan çıxarılması ola bilər, çünki Ankara ittifaqa üzv olmağa dair meyarlarını pozub.