ABŞ Suriyanın neft yataqlarında baza qurmasına münasibət bildirib: Gəlirlər kürdlərə veriləcək

Suriyanın neftindən gələn gəlirlər kürdlərin ixtiyarına veriləcək...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 13:12

 "Suriyanın neftindən gələn gəlirlər kürdlərin ixtiyarına veriləcək."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Conatan Hafmən ötən gün keçirilən mətbuat konfransında deyib.

 

ABŞ rəsmisi Suriyanın şərqində neft yataqlarında qüvvələrin yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu neftdən gələn gəlirlər Suriyanın kürdlər yaşayan bölgələrində sərf ediləcək.

 

C. Hafəmən bildirib ki, "bu neftin gəlirləri Amerikaya aid deyil və Suriya Demokratik Qüvvələrinə (kürd bölmələri) təhvil veriləcək."

 

Qeyd edək ki, Türkiyənin "Barış Pınarı" əməliyyatı fonunda Suriyanın şimalındakı qüvvələrini çıxaran ABŞ bu qüvvələrdən bir qismini ölkənin şərqində olan və kürd bölmələrini nəzarətində qalan neft quyuları ətrafında yerləşdirib.