İranın havadan müdafiə sistemləri ölkə səmasına girən bir PUA-nı vuraraq salıb

İranın havadan müdafiə sistemləri ölkənin Xuzestan əyalətində yerləşən Mahşəhr limanında bir PUA-nı vuraraq salıblar...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 13:50

İranın havadan müdafiə sistemləri ölkənin Xuzestan əyalətində yerləşən Mahşəhr limanında bir PUA-nı vuraraq salıblar.

 

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

 

Bildirilib ki, Fars Körfəzi sahilində yerləşən Mahşəhr limanında ölkənin havadan müdafiə sistemləri bir naməlum pilotsuz təyyarəni vuraraq salıblar.

 

Qeyd edək ki, İran HHQ-i sonuncu dəfə iyun ayında dünyanın ən bahalı PUA-sı hesab edilən ABŞ-ın bir ədəd "Global Hawk" pilotsuz təyyarəsini Hörmüzdə vurub salmışdı.