Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

... məlumata əsasən, Trampın ABŞ və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün bənzər təklifləri keçən həftə Ərdoğana göndərilən məktubda yer alıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 13 Noyabr 2019, 10:32

ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Ərdoğana Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı sanksiya problemini həll etmək üçün 100 milyard dollarlıq sövdələşmə və "həll yolu" təklif edib.

 

İnterAz salamnews-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən yazır.

 

Məlumata əsasən, Trampın ABŞ və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün bənzər təklifləri keçən həftə Ərdoğana göndərilən məktubda yer alıb.

 

Qəzetin yazdığına görə, Trampın təklifləri böyük ehtimalla oktyabr ayında Suriyada hərbi əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini dəstəkləyən ABŞ Nümayəndələr Palatasındakı millət vəkillərini "qəzəbləndirəcək".

 

Qeyd edək ki, ötən bazar günü ABŞ Türkiyədən S-400-lərdən imtina etməyi tələb edib.