İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

Rusiya Suriyanın Həsəka əyalətinin Türkiyə ilə sərhədində yerləşən Qamışlı şəhərinə bir neçə helikopter və havadan müdafiə sistemləri göndərib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Noyabr 2019, 15:33

Rusiya Suriyanın Həsəka əyalətinin Türkiyə ilə sərhədində yerləşən Qamışlı şəhərinə bir neçə helikopter və havadan müdafiə sistemləri göndərib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Rusiya Ordusu Hmeymim bazasından bir neçə "Pantsir" havadan müdafiə sistemini və hərbi helikopteri Qamışlı şəhərinin hava limanına göndərib.

 

Məlumata görə bu addımdan məqsəd Suriyanın şimal-şərqində Rusiya və Türkiyə post patrul qüvvələrinin nəzarət xidmətinin təhlükəsizliyini təmin etməkdir.

 

Artıq Rusiyanın helikopterləri Həsəka əyaləti üzərində uçuşları həyata keçirməyə başlayıblar.

 

Qeyd edək ki, Türkiyənin Fəratın şərqində "Barış pınarı" əməliyyatı fonunda ABŞ və kürd bölmələri qüvvələrini geri çəkiblər. Bölgəyə Suriya Ordusu və Rusiya qüvvələri yerləşib.