Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər

İoraniyanın qaçqın düşrgələrində müvəqqəti məskunlaşmış suriyalı qaçqınlardan bir qismi ölkələrinə geri dönüblər...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Noyabr 2019, 17:39

İoraniyanın qaçqın düşrgələrində müvəqqəti məskunlaşmış suriyalı qaçqınlardan bir qismi ölkələrinə geri dönüblər.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, son gündə yüzə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər.

 

Qeyd edək ki, ordu Suriyanın İordaniya ilə sərhədində yerləşən Dəra əyalətini 2018-ci ilin əvvəlində tam olaraq radikal qruplaşmalardan təmizləyib. Bundan sonra İordaniyadan qaçqınların geri dönməsi tendensiyası başlayıb.