Nensi Pelosi Trampı rüşvət almaqda ittiham edib
ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosi ABŞ prezidenti Donald Trampın Ukrayna işi ilə bağlı rüşvət aldığını etiraf etdiyini bildirib...
Bakı, Gülnarə Quliyeva, , İnteraz - 15 Noyabr 2019, 14:13
ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosi ABŞ prezidenti Donald Trampın Ukrayna işi ilə bağlı rüşvət aldığını etiraf etdiyini bildirib.
Bu barədə "Reuters" xəbər verir.
İnterAz TASS-a istinadən xəbər verir ki, Pelosinin sözlərinə görə, Amerika lideri siyasi rəqibinə qarşı istintaq aparılmaması müqabilində Ukraynaya hərbi yardımı dayandıracağı ilə hədələdikdə səlahiyyətindən sui-istifadə edib və andı pozub.
"Bu rüşvətdir!", o deyib.
Pelosi hesab edir ki, Trampın "xidmət müqabilində xidmət" prinsipini tətbiq etməsi onun impiçmenti üçün əsas səbəbdir.