ABŞ və Səudiyyə xarici işlər nazirləri İran «təhlükəsi»ni müzakirə ediblər

Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Farhan bin Abdullah ABŞ-a ilk rəsmi səfəri çərçivəsində Mayk Pompeo ilə görüşüb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 15 Noyabr 2019, 18:00

Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Farhan bin Abdullah ABŞ-a ilk rəsmi səfəri çərçivəsində Mayk Pompeo ilə görüşüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, xarici işlər naziri Feysəl bin Farhan bin Abdullah Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşərək, qarşılıqlı əlaqələr və regioan məsələlərini müzakirə ediblər.

 

Məlumata görə tərəflər əsasən İran "təhlükəsi"ni müzakirə ediblər.

 

Görüş zamanı Mayk Pompeo bildirib ki, "ABŞ müttəfiqi Səudiyyə Ərəbistanı ilə birgə İranın bölgədə sabitliyi pozan addımlarına qarşı səylərini davam etdirəcək."