Bağdadda aksiyaların keçirildiyi meydanda partlayış törədilib, ölənlər var

Nəticədə iki nəfər həlak olub və 16 nəfər müxtəlif dərəcələrdə yaralanıblar...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 10:14

Bağdadın mərkəzində Təhrir meydanında bir quraşdırılmış bomba işə salınıb. Ölənlər və yaralananlar var.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.

 

Bildirilib ki, Təhrir meydanında nəqliyyat vasitələrinin birinin altına quraşdırılmış bomba partlayıb.

 

Nəticədə iki nəfər həlak olub və 16 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

 

İraq polisi hadisənin səbəblərini araşdırır.

 

Ötən gün Bağdadın müxtəlif rayonlarında etiraz aksiyaları, toqquşma və iğtişaşlar zamanı daha 2 nəfər həyatını itirib.