Türkiyədə avtobus aşıb, 1 nəfər ölüb, 37 nəfər yaralanıb
Qəzaya səbəb havanın dumanlı olması göstərilir...
Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 11:02
Türkiyənin Aksaray şəhərində sərnişin avtobusunun aşması nəticəsində bir nəfər ölüb, 37 nəfər yaralanıb.
İnterAz DHA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 16-sı səhər saatlarında Aksaray-Ankara avtomobil yolunda baş verib.
Qəzaya səbəb havanın dumanlı olması göstərilir.