BMT: Böyük ehtimalla Venesueladan gələn miqrantlar geri qayıtmayacaqlar

Venesueladan gələn miqrantlar, böyük ehtimalla ölkələrinə geri dönməyəcəklər...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 11:13

Venesueladan gələn miqrantlar, böyük ehtimalla ölkələrinə geri dönməyəcəklər. 

 

Bu barədə "Associated Press", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin xüsusi nümayəndəsi Eduardo Ştayn bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, azı 4.6 milyon insanın Venesuelanı tərk etməsi Latın Amerikasında uzunmüddətli dəyişikliklərə səbəb olub.

 

“Venesuelanı tərk edənlərin əksəriyyəti geri qayıtmaq istəmir. Venesuelalılar köçdükləri ölkələrdə yaşamağa davam edəcəklər və beləliklə bölgə heç vaxt əvvəlki kimi olmayacaq", o deyib.