KİV: Boliviyada iğtişaşlar nəticəsində 5 nəfər ölüb

Boliviyada polis etirazçılara qarşı odlu silahdan istifadə edib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 11:34

Boliviyada polis etirazçılara qarşı odlu silahdan istifadə edib. Yerli KİV və insan hüquqları təşkilatlarının yaydığı məlumata görə, nəticədə beş nəfər ölüb, 10-dan çox insan yaralanıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Boliviyanın qərbindəki Sakaba şəhərində polis və keçmiş prezident Evo Morales-i dəstəkləyən fermerlər arasında şiddətli qarşıdurmalar baş verib.

 

Boliviyadakı iğtişaşlar zamanı ölənlərin sayı 14-ə çatıb, 400-dən çox insan yaralanıb.

 

Boliviyada oktyabrın 20-də keçirilən prezident seçkilərindən sonra müxalifət "səsləri saxtalaşdırdıqlarını" elan edib və bundan sonra etirazlar aksiyaları başlayıb.