Ağ Ev Trampın Zelenski ilə ilk söhbətinin stenoqramını yayımlayıb

Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski arasındakı telefon danışığının stenoqramını yayımlayıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 11:50

Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski arasındakı telefon danışığının stenoqramını yayımlayıb.

 

Bu barədə "Axios" qəzeti nəşri xəbər verir.

 

İnterAz-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, telefon danışığı cari ilin 21 aprel tarixində, Ukraynada prezident seçkiləri günü baş tutub və Tramp ilə Zelenski arasında ilk telefon danışığı olub.

 

Tramp Zelenski ilə telefon danışığı zamanı onu seçki qələbəsi münasibətilə təbrik edib, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden ilə əlaqəli mövzuları müzakirə etməyib.