BMT yenidən Colan Yüksəkliklərilə bağlı qətnamə çıxarıb: Bölgə Suriya ərazisidir

BMT Baş Assambleyası yenidən işğal edilmiş Colan Yüksəkliklərilə bağlı qətnamə verərək, İsrailin Suriyanın bu ərazisindən çıxmasını istəyib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 12:38

BMT Baş Assambleyası yenidən işğal edilmiş Colan Yüksəkliklərilə bağlı qətnamə verərək, İsrailin Suriyanın bu ərazisindən çıxmasını istəyib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş Assambleyasının İqtisadi və Maliyyə Komissiyasının çıxardığı qətnamədə məlumat verilib.

 

Bildirilib ki, BMT Baş Assambleyasında 156 ölkə Colan Yüksəkliklərinin Suriyaya aid olduğunu bildirib və İsraildən tələb edib ki, buranın təbii sərvətlərindən sui-istifadə etməsinə son qoysun.

 

Qeyd edək ki, İsrail Suriyanın Colan Yüksəkliklərini 1967-ci ildə işğal edib. BMT 1981-ci ildə ərazilərin Suriyaya aid olması haqda 497-ci qətnaməni çıxarıb. Bu qətnamə hələ də icra edilməyib.